Tarixin ikincisi

Tarixin ikincisi

“Klippers” və “Sakramento” arasında oyun NBA tarixinə düşüb. “Kinqz” bu matçda 176:175 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın taleyi ikinci overtaymda həll olunub. İki komanda birlikdə 351 xal toplayıb.

Bu, yarışın tarixində ikinci göstəricidir.

Mütləq rekord isə 1983-cü il dekabrın 19-da qeydə alınıb. Həmin gün “Detroyt” “Denver”ə qalib gəlib – 186:184. Üçüncü overtayma qədər uzanan matçda 370 xal yığılıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ Mbappeyə əvəzləyici tapdı

Növbəti yazı

Premyer Liqada təxirəsalma