Tarixdə 3-cü dəfə
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. “Bavariya” və “Borussiya” yarımfinala yüksəlib.
“Borussiya” “Atletiko Madrid” üzərində qələbə qazanaraq ev matçında 4:2 (ümumi 5:4) hesabı ilə qalib gəldi. “Bavariya” evdə “Arsenal”ı minimal hesabla məğlub edə bildi – 3:2.
Tarixdə üçüncü dəfə Bundesliqanın 2 təmsilçisi Çempionlar Liqasının yarımfinalında meydana çıxacaq.
Belə hal ilk dəfə 2012/13, ikincisi isə 2019/20 mövsümündə qeydə alınıb. Maraqlıdır ki, hər iki halda turnirin qalibi yekunda “Bavariya” olub və 2013-cü ildə Münhen komandası finalda “Borussiya”ya qalib gəlib.