Svitolinadan 16-cı, İvaşkodan ilk tutul

Svitolinadan 16-cı, İvaşkodan ilk tutul


ABŞ-ın müxtəlif şəhərlərində təşkil olunan tennis turnirlərinə yekun vurulub. “US Open” ərəfəsində keçirilən yarışlardan üçünün qalibi müəyyənləşib. Çikaqoda təşkil olunan beynəlxalq turnir başa çatıb. 235 min 238 dollar mükafat fondu olan yarışın həlledici matçında ukraynalı Elina Svitolina ilə fransalı Alize Korne üz-üzə gəlib. 7:5, 6:4 hesabı ilə qalib gələn Elina 2021-ci ildə ilk, karyerasında 16-cı titulu qazanıb.
İlk dəfə təşkil olunan və 235 min 238 dollar mükafat fonduna malik Klivlend turnirində isə Anett Kontanveyt qələbə qazanıb. Estoniya tennisçisi finalda rumıniyalı İrina Bequnu məğlubiyyətə uğradıb – 7:6, 6:4. Bu, Anettin karyerasında 2-ci çempionluqdur.
Kişi tennisçilərin mübarizə apardığı Uinston-Seylemdəki turnir İlya İvaşkonun qələbəsi ilə yekunlaşıb. Belaruslu tennisçi mükafat fondu 717 min 955 dollar olan yarışın finalında isveçli Mikael İmerlə görüşüb. 6:0, 6:2 hesabı ilə qalib gələn İlya karyerasında ilk titulu rəsmiləşdirib.

ETOPAZ

Əvvəlki yazı

Simon “US Open”dən kənarlaşdırıldı

Növbəti yazı

Mecik Consonun forması 1,5 milyona satıldı