Şventek ardıcıl üçüncü finalda

Şventek ardıcıl üçüncü finalda

Dünyanın ikinci raketkası İqa Şventek Mayamidə keçirilən turnirdə Cessika Pequlanı məğlub edərək finala yüksəlib – 6:2, 7:5. 20 yaşlı Şventek ardıcıl 16 matçda və 18 setdə qalib gəlib.

O, həmçinin, ardıcıl üçüncü “WTA 1000” turnirində finala yüksəlib. Ümumilikdə, polşalı yeddinci dəfə WTA turnirinin finalına yüksəlib və altıncı titul uğrunda mübarizə aparacaq.

Şventek eyni mövsümdə həm İndian-Uells, həm də Mayamidə finala çıxan doqquzuncu tennisçi olub. Ondan əvvəl Monika Seles, Steffi Ciraf, Serena Uilliams, Martina Hinqis, Lindsay Davenport, Kim Slisters, Maria Şarapova və Viktoria Azarenka bunu bacarıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Dembeleyə yeni müqavilə təklif edəcək

Növbəti yazı

Günün kuponu – 02.04.2022