Sürpriz kupon – 31.12.2023
Sentral K-M – Pert Q 2,5 ÜST
“A” liqanın 10-cu turunda qarşılaşırlar. 49 dəfə görüşüblər. Nəticələr 22-10-17, topların fərqi 70-68. Aralarındakı ən məhsuldar oyun 3:3 nəticələnib. Ona görə risk etmədən proqnoz 2,5 ÜST-dür.
Fulhem – Arsenal 2
Komandalar turnir cədvəlinin fərqli pillələrində qərarlaşıblar. “Fulhem” ardıcıl 2 oyun 5-0 qalib gələndə elə təsəvvür yarandı ki, komandanın uğurları irəlidədir. Amma son 3 oyunda bir qol belə vura bilməyən “Fulhem” hamısında məğlub oldu. Liderdən 1 oyun az keçirən “Arsenal” əlinə düşən bu fürsətdən istifadə edib növbəti qələbəsini qazanacaq.
Tottenhem – Bornmut 1
Yəqin ki, bu oyunun favoriti “Tottenhem”-dir. 7 oyundur qonaq “Bornmut” məğlub olmur. Çox maraqlı və mübarizəli oyun olacaq. Çempionlar Liqası zonasına düşmək üçün “Tottenhem”-ə mütləq qələbə lazımdır.