Günün kuponu – 31.12.2023
Kape Taun – Spurs Siti 2
Bu qarşılaşmaya proqnoz verməzdən əvvəl bəzi faktlara nəzər yetirmək lazımdır. Ev sahibi 15 oyun keçirib və cəmi bir qələbəsi, bir heç-heçəsi var. Qonaq komandanın isə 15 oyuna 8 qələbə, 2 heç-heçə, 5 məğlubiyyəti mövcuddur. Birinci dövrə evdə qonaqlar qalib gəlmişdi. Ehtimal var ki səfərdən də qələbə ilə qayıdacaqlar.
Mafra – AVS F-S QOL/QOL
“Mafra” 15-ci turda liderlərdən birini qəbul edir. 14 oyundan sonra 21 xalla 6-cı pillədədir. “AVS” isə 14 oyundan sonra 31 xalla 2-ci yerdədir və liderdən cəmi 2 xal geri qalır. Hər iki komanda qollar vurub buraxmaqda müsbət nəticəyə malikdir. Bu amili nəzərə alıb qol-qol variantını seçirəm.
Portimonense – Sportinq 2
Ev sahibi çempionatın liderini qəbul edir. Bir az təhlükəli zonadan uzaqdır və 14 oyundan sonra 15 xalla 12-ci yerdədir. “Sportinq”in 14 oyundan sonra 34 xalı var. Yeni ilə hədiyyə növbəti qələbədir.