Sürpriz kupon – 30.12.2022

Sürpriz kupon – 30.12.2022

“Kadis” – “Almeriya” QOL/QOL
“Kadis” 11 xalla 20 komanda arasında 19-cu yeri tutur. Komanda fasilə dövründə yoxlama oyunlarını əla keçirdi – “Roma” və “Mançester Yunayted” üzərində qələbə, “Vuverhempton”a 3:4 hesablı məğlubiyyət.
“Almeriya” da son yoxlama matçında “Latsio” üzərində qələbə qazandı – 2:0.
Bu komandalar arasında son 4 matçda qarşılıqlı qollar olub.

“Vizela” – “Vitoriya Gimaraeş” 2
“Vitoriya” bu mövsüm avrokuboklara vəsiqə qazana bilər. Komanda hazırda 23 xalla 6-cı yeri tutur və 5-ci sıradakı “Sportinq”dən 2 xal geri qalır.
“Vitoriya” son 3 Liqa kuboku oyunlarında qələbə qazana bilməyib.

“Çaves” – “Famalkao” 1
“Çaves” kubokda son 3 oyunun ikisini uduzub, birini heç-heçə edib. “Famalkao” isə son görüşünü kubokda “Eştoril”ə qarşı keçirdi və minimal hesabla qələbə qazandı.
Bu komandalar son dəfə 2016-cı ildə Sequnda da üz-üzə gəlmişdilər. 7 topun vurulduğu (4:3) oyunda “Famalkao” qalib gəlmişdi.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 30.12.2022

Növbəti yazı

“Sevilya”dan “Atalanta”ya