Sürpriz kupon – 30.10.2023

Sürpriz kupon – 30.10.2023

“Beşiktaş”-“Qaziantep”  1

Meydan sahibləri ardıcıl iki məğlubiyyətdən sonra özünə gəlməyə çalışır. Superliqada “Qalatasaray”a uduzandan sonra UEFA Konfrans Liqasında səfərdə Norveç təmsilçisinə təslim oldu. Bu oyun qara qartallar üçün azarkeş qarşısında bəraət almağa əla şans olacaq.

“Hammarbü”-  İK Sirius  1

Son üç ildə əksər görüşlərdə “Hammarbü” qələbə qazanıb. Yalnız bir matçda heç-heçə qeydə alınıb. Bu dəfə də meydan sahibləri favorit hesab olunur. “Hammarbü” ötən tur xal itirdiyindən hesabat turunda qələbəsinə inanıram.

“Göteborq”-“Elfsborq” QQ

İsveç çempionatının lideri “Elfsborq”un 60 xalı var. Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Göteborq” autsayderlərin yaxınlığında 13-cü pillədə qərarlaşıb. “Elfsborq” səfərdə inamlı mübarizə aparmaqda çətinlik çəkir.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 30.10.2023

Növbəti yazı

Bakı derbisində bir qol