Sürpriz kupon – 29.07.2022

Sürpriz kupon – 29.07.2022

“Haddersfield” – “Börnli” – Q/Q

İngilrətə Çempionşipdə mübarizə başlayır. İlk turda azarkeşləri bir sıra maraqlı oyunlar gözləyir. Meydan sahibləri keçirdikləri 5 yoxlama matçında 2 qələbə qazanıb. Heyətdə problemləri olan “Börnli” cəmi 2 oyunda meydana çıxıb və hər iki yoxlama görüşündə sevinən tərəf olub.

“Piast” – “Zaqlembe” – ALT2.5

Polşa Ekstraklasında cəmi 2 tur oynanılıb. “Zaqlembe” iki oyunda 1 xal qazanıb və rəqib qapısına yol tapa bilməyib. Cəmi 1 oyunda meydana çıxan “Piast” hazırda xalsızdır. Hər iki komandanın hücum xəttində həlledici zərbə ilə bağlı problem özünü göstərir.

“Krakoviya” – “Legiya Varşava” – Q/Q

Polşa çempionatında üst pillələrdə qərarlaşan “Krakoviya” iki oyunda 4 qol vurmaqla yanaşı qapısını toxunulmaz saxlayıb. “Legiya Varşava” isə iki oyunda 4 xala sahib çıxıb. “Legiya”nın səfərdə xal itirəcəyinə az inanıram. Bununla belə qol\qol daha real seçimə oxşayır.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 29.07.2022

Növbəti yazı

Ramin Musayev istefa verdi