Günün kuponu – 29.07.2022
“Odense” – “Midyullend” – Q/Q
Danimarka çempionatında 3-cü tur barədə geniş danışmaq çətindir. Aktivində 1 məğlubiyyət və 1 heç-heçə olan komandaların top fərqi də eynidir: 2-4. Statistikaya əsasən qonaqlar son dəfə “Odense”yə 12 ay əvvəl məğlub olub.
“Dinamo Drezden” – “Ştutqart” – Q/ Q
Almaniya DFB Kubokunda 1\32 final. Bundesliqa təmsilçisi “Ştutqart” səfərdə aşağı liqada çıxış edən “Dinamo Drezden”in qonağı olacaq. Bukmeykerlər qonaqları favorit hesab edir. Mövsüm başlamadan “Ştutqart”ın hansı formada olduğunu söyləmək çətindir. Fikrimcə bu oyunda 90 dəqiqə ərzində məhsuldar nəticə gözləmək olar.
“Neustrelitz” – “Karlsrue” – ALT3.5
İkinci bundesliqa təmsilçisi “Karlsrue” nisbətən aşağı divizionda oynayan “Neustrelitz”in qonağıdır. Komandalar son dəfə 15 il əvvəl kubok mübarizəsində üz-üzə gəlib. İlk oyunda qələbə qazanan (2-0) “Karlsrue” səfərdə 0-0 oynayıb. Bu dəfə də qonaqlar favorit sayılır.