Sürpriz kupon – 29.04.2023
“Yunion Berlin” – “Bayer Leverkuzen” – 2
3-cü sırada qərarlaşan “Yunion Berlin” lider “Borussiya”dan cəmi 5 xal geri qalır. Fevralın 19-dan bu yana məğlubiyyət bilməyən Leverkuzen klubu isə Çempionlar Liqasına vəsiqə verən “dördlüy”ə düşməyi hədəfləyib. Matçın favoriti berlinlilər sayılsa da, “Bayer”in bu matçda uduzacağına inanmıram. Riskə gedərək hətta heç-heçə də yox, oyun 2 variantını seçirəm. Zatən, “Bayer Leverkuzen” bu rəqibə qarşı keçirdiyi 10 matçda cəmi 1 dəfə uduzub, 6 dəfə isə qələbə qazanıb. Məncə, “Yunion Berlin” yenə bu sindromu qıra bilməyəcək.
“Ayntraxt” – “Auqsburq” -1-ci hissə cüt şans 12
Frankfurt təmsilçisi bundesliqada son 8, “Auqsburq” isə axırıncı 6 turda qələbə qazana bilməyib. Hər iki komanda qələbə ücün “acdır”. İtirələcək nəsə yoxdur, məncə açıq futbol gedəcək. Güman edirəm ki, ilk yarıda hesab açılacaq və tərəflərdən biri oyunun fasiləsinə üstün durumda çıxacaq.
“Kristal Pelas” – “Vest Hem” cüt şans x2
Hər iki komanda autsayderlər qrupunda olmasa da, özlərini tam rahat da hiss edə bilmir. Qarşıdakı 5 turda vəziyyət dəyişə və Çempionşipə düşmə təhlükəsi yara bilər. Bu mənada 15-ci sırada yer alan və “düşmə zonası”ndakı komandalardan cəmi 5 xal çox toplayan “Vest Hem”ə xal daha çox vacibdir. Konfrans Liqasında yarımfinala yüksələn “Vest Hem” premyer liqada da yerini qorumağa çalışır. Məncə, “Kristal Pelas”la matçda xal qazanacaqlar. Hətta səfərdə qələbə də ola bilər.