Günün kuponu – 29.04.2023
“Real Madrid” – “Almeriya” – 2,5 ÜST
Ötən tur sürpriz şəkildə “Jirona”ya uduzan (2:4) “Real Madrid” o 4 qolun heyfini çıxmağa rəqib axtarır. “Qol silahı” Benzema da səhhətindəki problemləri yoluna qoyaraq heyətə dönüb. “Almeriya”nın da qol vurmaq ehtimalı az deyil. Belədə məhsuldar bir oyun gözləməyə dəyər. Tərəflərin öz aralarındakı son 10-dan 9-da azı 3 qolun vurulması da mənim üçün 2,5 üst ehtimalını gücləndirir.
“Napoli” – “Salernitana” – 1-ci hissə 1
“Napoli” artıq bu tur çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün neapolluların əz yaxın izləyicisi “Latsio” xal itirməli, “Napoli” isə “Salernitana”ya qalib gəlməlidir. A seriyasının lideri hazırda ən yaxın izləyicisini 17 xal qabaqladığından çox rahatdır, çempionluq sanki ovucunun içindədir. Ona görə çempionluğu bu tur deyil, qarşıdakı oyunlarda da rəsmiləşdirə bilərlər. Məhz bu səbəbdən tam oyuna deyil, 1-ci hissədə “Napoli”nin qələbəsinə mərc edirəm, 2-ci yarıda oyun və nəticə dəyişə də bilər.
“Leypsiq” – “Hoffenhaym” – 1-ci hissə cüt şans 12
Bol qol gözlədiyim oyundur. Seçdiyim variantın əmsalı (1.42) 2,5 üst əmsalından (1.52) azacıq fərqlənir. Bir matç ərzində canlıda bir neçə dəfə mərc edənlər üçün yaxşı variantdır. İlk hissə bitincə, kupon qazanır və həmin vəsaiti yenidən “dövriyyəyə buraxırsan”. İnanıram ki, bu qarşılaşmada 1-ci hissəni tərəflərdən biri hesabda öndə bitirəcək.