Sürpriz kupon – 28.11.2022

Sürpriz kupon – 28.11.2022

Portuqaliya – Uruqvay – ÜST2.5

Rusiyada keçirilən mundialda bu komandaların duelində Uruqvay qələbə qazanıb 2-1. İndi Ronaldonun komandasının revanş almaq imkanı var. Qana üzərində qələbəyə baxmayaraq Portuqaliyanın müdafiədə ciddi problemləri var. Bu oyunda birincilərin qələbəsini seçmək riskli olacaq.

Braziliya – İsveçrə – 1

Neymar və dostlarını mundialda ən inamlı oyun göstərən iki komandadan biri sayıram. Pentakampeonlar rəqibdən üstündü. Fikrimcə Braziliya bu oyunda qələbə qazana bilər

 Cənubi Koreya – Qana  – QOL/QOL

Hər iki komanda üçün 2-ci tur mundialdakı gələcəyini həll edəcək. Həm Cənubi Koreya, həm də Qana hücuma böyük diqqət edəcək. Fikrimcə meydanı qolsuz tərk edən olmayacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.11.2022

Növbəti yazı

Yaponiya Kosta-Rika ilə bacarmadı