Günün kuponu – 28.11.2022
Kamerun – Serbiya – QOL/QOL
Mundialda 2-ci turun son oyun günü. İlk turda məğlub olan iki komanda qarşılaşacaq. Kamerun və Serbiya indi qədər yalnız bir dəfə 2010-cu ildə yoldaşlıq görüşündə üz-üzə gəlib. Həmin oyunda Serbiya 4-3 hesablı qələbə qazanıb. Lakin Serbiyanın indi heyəti tamam fərqlidir. Bu görüşdə hər iki tərəf qələbə qazanmağa çalışacaq.
Cənubi Koreya – Qana – ÜST2.5
Cənubi Koreyanın ilk turdan sonra 1 xalı var. Hər iki milli komanda üçün bu tur əksər suallara cavab verəcək. Statistikaya əsasən Qana rəqib üzərində 3 dəfə qələbə qazanıb. Cənubi Koreya isə yalnız 1 qələbəyə sevinib. Bu dueldən məhsuldar nəticə gözləyirəm.
Braziliya – İsveçrə – ALT2.5
Bu komandalar Dünya Kuboku yarışlarında iki dəfə qarşılaşıb (1950 və 2018). Maraqlıdır ki, hər iki matç heç-heçə başa çatıb 2-2, 1-1. Mundiala Serbiya üzərində qələbə ilə başlayan sambaçılar turnirin əsas favoriti sayılıb. Bu görüşdə qələbə qazanan komanda demək olar 1\8 finala vəsiqəni təmin edəcək.