Sürpriz kupon – 28.07.2022
Milsami – KuPS Kupio ÜST 2.5
Moldova təmsilçisi ilk oyunda səfərdə 2:2 hesabı ilə heç-heçə edərək təəccübləndirməyi bacardı.
Finlandiya çempionatının lideri daxili arenada uğurlu çıxış etsə də, avrokuboklarda xüsusi uğurları ilə seçilmir.
Növbəti mərhələyə keçmək üçün hər iki komandaya qol vurmaq lazımdı və ÜST 2.5 mərci bu oyunda uduşlu ola bilər.
Flamenqo – Atletiko Paranaense QOL/QOL
Meydan sahibləri turnir cədvəlində rəqibindən bir xal geridə olsa da, yaxşı formadadılar. Komanda ardıcıl 4 oyundur qalib gəlir. Üstəlik, bu oyunlarda “Flamenqo” 10 qol vurub və cəmi 1 qol buraxıb.
Amma qonaqlar da heç də pis formada deyil. Üç oyunluq uğurlu seriya yalnız son qarşılaşmada bitib. Komandalar arasında keçirilən son 6 oyundan da cəmi birini “Flamenqo” udub, “Atletiko Paranaense” isə 3 dəfə qalib gəlib.
Düşünürəm ki, bu maraqlı görüşdə hər iki komanda fərqlənə bilər.
Astana – Rakov ÜST 2.5
Komandalar arasında ilk oyun qonaqlar üçün faciəvi darmadağınla bitdi. Özü də “Rakov” 2-ci dəqiqədən 10 nəfərlə qalmışdı. Buna baxmayaraq polşalılar azlıqda daha 4 qol vurub növbəti mərhələyə vəsiqəni təmin etdi.
“Astana” həmin oyunda rəqibin qapı çərçivəsinə 1 zərbə də endirməsə də, Qazaxıstan çempionatında hamıdan çox qol vurub və yəqin ki, bu matçda da azarkeşləri önündə ən azı bir prestij qolu vurmağa çalışacaq. “Astana”nın hücuma atılması həm də müdafiədə boşluqlara gətirəcək ki, qonaqlar bundan istifadə edəcək səviyyədədi.
Bu səbəbdən bolqollu oyun olacağını istisna etmirəm.