Günün kuponu – 28.07.2022
“Neftçi” – “Aris” 1
“Neftçi” ilk oyunda həddindən artıq istəksiz təsir bağışlasa da, “Aris”dən daha səviyyəli komandadı. 90 dəqiqə dayanmadan dəstək verən doğma azarkeşlər önündə “ağ-qaralar”ın Kiprdəki kimi həvəssiz oynaması mümkün deyil.
Və bu təzyiqin qarşısında ustalıqda rəqibinə aşkar uduzan “Aris”in tab gətirəcəyinə inam azdır.
“Qəbələ” – “Fehervar” ÜST 2.5
“Qəbələ” ilk oyundakı uğursuzluqdan sonda hücum etməyə, qol vurmağa məcburdu. Komandamızın bunun üçün potensialı da var. Amma bu həm də müdafiədə açıq buraxmaq deməkdi və qonaqlar da bundan istifadə edəcək səviyyədədirlər.
“Makkabi” – “Zirə” ÜST 2.5
İsrailin “xalq komandası” Bakıdakı ilk oyunda gücünü göstərdi. Bukmekerlər cavab oyununda “Zirə”nin 1 qol belə vuracağına inanmır. Amma mən fərqli düşünürəm və bolqollu bir qarşılaşma gözləyirəm.