Sürpriz kupon – 28.02.2022

Sürpriz kupon – 28.02.2022

“Vest Bromviç” – “Suonsi” – ÜST2.5 [nowbetnow-dynamic dyn_code=1186]

Çempionşipdə hər iki komandanın işləri yaxşı getmir. Ardıcıl məğlubiyyətlərdən sonra “Vest Bromviç” 13, “Suonsi” isə 17-ci yerdədir. Qonaqlar çempionatda qapısından ən çox qol buraxan komandalar sırasındadı. Meydan sahiblərinə qələbə turnir cədvəlində irəliləmək şansı verəcək. Ona görə ÜST2.5 seçimini daha real sayıram.

“Appolon Smirnis” – “Atromitos” – ÜST2.5 [nowbetnow-dynamic dyn_code=1187]

14 klubun iştirak etdiyi Yunanıstan çempionatında son iki pillədə qərarlaşan klublardan danışırıq. “Atromitos” rəqibini 4 xal qabaqlamaqla öndədir. “Appolon Smirnis” çempionatda ən az qol vuran klubdu – cəmi 9 qol. Qonaqlar isə qapısında ən çox qol izləyən komandadır – 44 qol. İtiriləcək heç bir hədəf yoxdur. Hər iki komandadan məhsuldar nəticə gözləyirəm.

“Giannina” – “Lamia” – 1 [nowbetnow-dynamic dyn_code=1188]

Ardıcıl 5 oyun məğlub olan “Lamia” klubunu səfərdə çətin oyun gözləyir. Meydan sahibləri də qeyri-stabil çıxış edir. “Giannina” son qələbəni cari ilin fevralın 14-də əldə edib. Fikrimcə qonaqların uğursuzluğu davam edəcək və “Giannina” sevinən tərəf olacaq.

Sənan Şəfizadədən ən son “Sürpriz Kupon”

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 28.02.2022

Növbəti yazı

FİFA-dan Rusiyaya sanksiyalar