Sürpriz kupon – 27.09.2024

Sürpriz kupon – 27.09.2024

Araz-Naxçıvan – Səbail   1

Naxçıvan təmsilçisi indiyə qədər premyer liqada “Səbail”i məğlub etməyib. Bu matç Elmar Baxşıyevin komandası üçün əla fürsət sayıla bilər. Çünki Şahin Diniyevin komandasında problemlər bitməyib. 7 matçda 1 qələbə qazanan “Səbail” 8-ci yerdə qərarlaşıb. Riskli olsa belə Naxçıvan təmsilçisinin qələbəsinə mərc gəlmək fikrindəyəm.

Real Valladolid – Malyorka  2

Mövsümə uğursuz başlayan meydan sahibləri ilk turlardan autsayderliklə barışdılar. 7 turda qapısında 15 qol izləyən “Real Valladolid” hətta ev matçında belə rəqiblərə müqavimət göstərməkdə çətinlik çəkir. Ötən tur səfərdə “Betis”i məğlub edən “Malyorka”dan bu dəfə də uğurlu nəticə gözləmək olar.

Eştoril – Sportinq Lissabon 1-ci hissə ÜST1.5

“Sportinq” tarixinin ən uğurlu mövsümlərindən birini keçirəcəyini söyləmək olar. Qonaqlar 6 oyunda maksimum xal toplayıb. Üstəlik rəqib qapılarını 22 dəfə dəqiq nişan alan “Sportinq” cəmi 2 dəfə mərkəzə dəvət olunub. Fikrimcə qonaqlar ilk hissədə cütün taleyini həll edəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 27.09.2024

Növbəti yazı

“Barselona”nın istədiyi hücumçu