Donnarumma komandaya qayıtdı
PSJ-nin qapıçısı Canluici Donnarumma komandanın sıralarına dönüb. Qolkiper artıq zədəsini sağaldıb.
25 yaşlı qapıçı komanda ilə məşqlərə başlayıb. O, zədə səbəbindən 2 matçı buraxıb – “Reyms”lə və “Jirona” ilə görüşləri.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayından PSJ-də oynayır.