Günün kuponu – 27.09.2024
Milan – Leççe 1
A seriyasına uğurlu başlamayan “Milan” keçirdiyi 5 matçda 8 xal toplayıb. Ötən tur derbidə “İnter”ə uduzan rossonyerlər bu dəfə zəif “Leççe”nin müqavimətini qırmağa çalışacaq. Qonaqlarda Cilbert və Kaba matçda iştirak etməyəcək. “Milan” itkilərin daha çox olmasına baxmayaraq favoritdir.
Sivasspor – Başakşəhər ÜST2.5
Startdakı 5 turda 10 xal toplayan “Başakşəhər” etibarlı hücum xəttiylə diqqəti cəlb edib. İlk 5 oyunda 11 qol vuran qonaqlar ardıcıl ikinci səfər matçına yollanır. Sivas təmsilçisi yayda yaranan maddi problemlərini həll edərək istədiyi futbolçularla müqavilə imzalamağı bacarıb. Bununla belə meydan sahiblərinin oyun planında boşluqları qalmaqdadır.
Bor.Dortmund – Boxum ÜST2.5
Son iki ildə Dortmund təmsilçisiylə heç bir matçda qalib gəlməyən “Boxum” yenidən səfərə yollanır. Çempionlar Liqasında “Brügge”yə 3-0 hesabıyla qalib gələndən sonra “Borussiya” səfərdə ağır məğlubiyyətə uğradı. Ştutqartdakı matçda “Borussiya” 1-5 hesablı məğlubiyyətə üzüldü. Fikrimcə Dortmund təmsilçisi inamlı qələbəylə favorit olduğunu təsdiqləyəcək.