Sürpriz kupon – 27.06.2023
Xorvatiya (U-21) – Rumıniya (U-21) 1
Xorvatiya Ukrayna və İspaniyaya uduzduqdan sonra acığını Rumıniyadan çıxa bilər.
Rumıniya da hər iki görüşdə məğlub olub.
Amma xorvatların futbolçularının ustalıq səviyyəsi daha yüksək qiymətləndirilir.
Niderland (U-21) – Gürcüstan (U-21) Hər iki komanda qol vuracaq, Niderland qalib gələcək
Gürcülərin uğurlu seriyanı son oyunda da davam etdirəcəyini gözləmirəm. Məncə, Niderland sensasiyaya imkan verməz.
Hər iki komanda qol vursa da, “narıncılar”ın qalib gələcəyini güman edirəm.
KTP – “Lahti” 1
KTP Finlandiya çempionatında 8-ci, “Lahti” isə 9-cu yeri tutur.
KTP bu mövsüm öz meydanında yaxşı təsir bağışlayır.
Son 5 oyunda “Lahti” rəqibinə uduzmasa da, KTP doğma divarlar arasında qələbəyə oynayacaq.