Günün kuponu – 27.06.2023
İspaniya (U-21) – Ukrayna (U-21) ALT 2,5
Hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib. Ola bilər ki, məşqçilər bəzi futbolçulara istirahət versinlər.
Həm İspaniya, həm də Ukrayna bundan əvvəlki görüşdə minimal hesabla qələbə qazanıblar.
Bu dəfə də çox qol olacağına inanmıram.
Niderland (U-21) – Gürcüstan (U-21) Qol/qol
Niderlanda mütləq qələbə lazımdır.
Gürcülər 2 oyundan 4 xal toplaya biliblər. Revaz Svanadzenin rəhbərlik etdiyi komanda evdə əla təsir bağışlayır.
“Narıncılar” qələbə üçün hücum futbolu göstərmək məcburiyyətindədirlər.
Gürcüstanın isə əks-hücumda oynaya bilən futbolçuları var.
Portuqaliya (U-21) – Belçika (U-21) qol/qol
Turnir cədvəli hər iki komandanı 3 xal üçün oynamağa məcbur edir.
Son Avropa çempionatının finalçısı Portuqaliyanın bu yarışda hələ ki qələbəsi yoxdur.
Belçika da hər iki oyunu bərabərliklə başa vurub.
Son matç azarkeşlər üçün maraqlı alına bilər.