Sürpriz kupon – 26.11.2021
“Kalyari” – “Salernitana” – 1
Hər iki komanda A seriyasında qalmaq uğrunda mübarizə aparır. 19-20-ci yerləri bölüşən klubların xalları da eynidir – 7. Valter Matzarrinin çalışdırdığı “Kalyari” son oyunda “Sassuolo” ilə xalları yarı bölüb. “Salernitana” isə “Venetsiya” üzərində qələbədən sonra son 3 matçda məğlub olub. “Kalyari”nin heyətdə itkiləri olsa da, meydan sahibləri doğma divarlar arasında qələbə qazana bilər.
“Ştuttqart” – “Mayns” – 2
“Ştuttqart” bu mövsüm heç cür əsas heyətlə mübarizə apara bilmir. “Mayns”la oyun öncəsində də zədəli futbolçuların sayı kifayət qədərdir. “Mayns” qələbə qazansa, liderlər qrupuna yaxınlaşa bilər. “Mayns” son iki görüşdə qalib gələ bilmədiyindən, bu dəfə yalnız 3 xal üçün oynayacaq. Düşünürəm ki, 2 yazsaq, çox da risk etmərik.
“Neymegen” – “Kambur” – 1
Turnir cədvəlində qonşu olan komandaların “dueli”nin maraqlı keçəcəyi gözlənilir. “Neymegen” son 2 oyunda heç-heçə edib. “Kambur” isə Erediviziyada son 3 qarşılaşmada 9 xal toplayıb. Amma “Kambur”un uzun müddət bu cür davam edəcəyi möcüzə olardı. Odur ki, bu dəfə 1-ə mərc etmək olar.
“Kalyari” – “Salernitana” – 1 – 1.90
“Ştuttqart” – “Mayns” – 2 – 2.45
“Neymegen” – “Kambur” – 1 – 2.10
Ümumi əmsal: 9,77