Günün kuponu – 26.11.2021

Günün kuponu – 26.11.2021

“Düsseldorf” – “Heidenhaym” – qol/qol

“Heidenhaym” son turda qalib gəlsə də, “Düsseldorf” “Dinamo Drezden”ə məğlub olub. Bu komandalar arasında son 4 oyunun üçü qol/qolla yekunlaşıb. Rəqiblər arasında elə də böyük səviyyə fərqi yoxdur. Düşünürəm ki, qol/qol optimal variantdır.

“Visla” – “Radomiak” – 1

Adlı-sanlı “Visla” indi çətin günlərini yaşayır. Komandanı təhlükəni zonadan cəmi 1 pillə ayırır. Polşa millisində 108 oyun keçirmiş Yakub Blaşikovskinin zədəli olması da Krakov klubuna problem yaradır. Ancaq güman edirəm ki, bu dəfə “Visla” öz meydanında Ekstraklasanın debütantına çətin anlar yaşada bilər.

“Adana Dəmirspor” – “Kasımpaşa” – 1

Vinçentso Montellanın çalışdırdığı Adana klubunun heyəti daha güclüdür. “Adana Dəmirspor” son 2 qarşılaşmada qələbə qazanıb. “Kasımpaşa” Super Liqanı tərk etməyə əsas namizədlərdən sayılır. Heyətində Balotelli, Assombalonqa, Stambuli kimi futbolçuları olan Adana klubu oyunun favoritidir.

“Düsseldorf” – “Heidenhaym” – qol/qol – 1,60

“Visla” – “Radomiak” – 1 – 2.35

“Adana Dəmirspor” – “Kasımpaşa” – 1 – 1.95

Ümumi əmsal: 7,33

Elnur Məmmədlidən ən son “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Edin Dzeko hamını qabaqladı

Növbəti yazı

Sürpriz kupon – 26.11.2021