Sürpriz kupon – 26.09.2023
“Yuventus” – “Leççe” QOL/QOL
“Leççe” A seriyasına kifayət qədər yaxşı başlayıb. 5 matçda üç dəfə meydanı qələbəylə başa vurub. Məhz bu səbəbdən “Yuve”ni bir pillə qabaqlayır. Müdafiədə etibarlı oyunun sayəsində qapısında cəmi 4 qol görüb. Ötən tur “Sassuolo”ya uduzan Qoca Sinroyadan hazırda qələbə gözləmək bir qədər risklidir.
“Lill” – “Reyms” ÜST2.5
Meydan sahiblərinin heyətində Bentaleb, Djalo və Ounas meydana çıxmayacaq. “Reyms”də ciddi itkilər yoxdur. İtkilərə baxmayaraq “Lill”in uduzmayacağını düşünürəm.
“Malyorka” – “Barselona” Barsanın qələbəsi və QOL/QOL
Avrokubok matçı ilə birgə 5 oyunda qapılara 19 qol vuran “Barsa”nın bu oyunda qələbəsinə şübhə etmirəm. “Malyorka” evdə çox təzyiq göstərə bilməyəcək. Bununla belə fikrimcə meydan sahibləri qolsuz qalmayacaq.