Günün kuponu – 26.09.2023

Günün kuponu – 26.09.2023

“İstanbulspor” – “Qalatasaray” 2
Hesabında qələbəsi olmayan meydan sahibləri 2 xalla turnir cədvəlinin “zirzəmi”sində qərarlaşıb. Son dəfə 2004-cü ildə “İstanbulspor” Cim Bomdan xal alıb. Digər matçların hamısında qonaqlar qələbə qazanıb.

“Sevilya” – “Almeriya” QOL/QOL
Meydan sahibləri yeni mövsümə uğursuz başlayıb. 5 oyunda cəmi 4 xal toplayan “Sevilya” La Liqada “Jirona” və “Alaves”ə uduzmaqla azarkeşlərini məyus edib. Ötən tur “Osasuna” ilə heç-heçə oynayan Xose Luis Mendilibarın komandası nəticələri düzəltməlidi. Artıq rəhbərlik uğursuz startdan narazılığını bildirib.

“Malyorka” – “Barselona” 2
Yalnız bir oyunda xal itirən “Barsa” daim “Malyorka” səfərindən uğurla qayıdıb. Getdikcə ən yaxşı oyununu bərpa edən kataloniyalılar haqlı olaraq duelin favoriti sayılır. Xavinin komandasının bu səfərdə xal itirəcəyinə inanmıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

“Neftçi”də ayrılıq

Növbəti yazı

Sürpriz kupon – 26.09.2023