Sürpriz kupon – 26.05.2022
“Brin” – “Stabek” QOL/QOL
İlk 7 turda qonaqların müdafiəsi diqqəti cəlb edir. Qapısında cəmi 4 qol izləyən “Stabek” rəqibləri 13 dəfə mərkəzə dəvət edib. Dördüncü yerdə qərarlaşan “Stabek” bu tur səfərdə “Brin” klubunun qonağı olacaq. Maraqlıdır ki, son dəfə ”Brin” “Stabek”i 19 il öncə məğlub edib. 19 illik həsrətin bitəcəyinə inanmıram.
“Konqsvinqer” – “Brann” ÜST2.5
Cari mövsüm uduzmayan “Brann” 8-ci matçda “Konqsvinqer”in qonağı olacaq. Statistikaya əsasən son beş görüşdə “Brann” qələbə qazanıb. Bu qələbələrdən ikisi səfərdə reallaşıb. 7 görüşdə 20 qol vuran qonaqlardan bu turda da inamlı qələbə gözləyirəm.
“Myondalen” – “Renheym” 1
Norveç birinciliyində 1-ci divizionun daha bir oyunu. 8 turda 7 qələbə qazanan “Myondalen” lider mövqeyindədir. Kifayət qədər yaxşı heyətə malik meydan sahibləri bu görüşdə də favorit sayılır. Cari mövsüm evdə uduzmayan “Myondalen”in növbəti qələbə qazanacağına inanıram.