Sürpriz kupon – 26.01.2022
“Anje” – “Sent Etyen” – 2
Heyət baxımından hər iki komandanın ciddi problemləri var. “Anje”nin 4,”Sent Etyen”in isə 5 futbolçusu Afrika Millətlər Kubokundadır. Bundan başqa zədəli oyunçular da var. Beynimdə oyun x variantı da var. Amma sonuncu pillədə qərarlaşan və ən yaxın “qonşusun”dan 5 xal geri qalan “Sent Etyen” üçün qələbə çox vacibdir. Ötən hər tur, hər xal itkisi bu titullu, köklü komandanı, Fransanın onqat çempionunu Liqa-2-yə yaxınlaşdırır. Ona görə qonaqların qələbə üçün bütün gücünü sərf edəcəyinə inanıram.
“Anderlext” – “Serkl Brügge” – 1
“Anderlext” mövsümün əvvəlində itirdiyi xalları qaytarmaq üçün çalışır. Liderdən 11 xal geri qalsalar da, hələ ümid ölməyib. Sonuncu dəfə 5 ay əvvəl – avqustun 29-da uduzan komandanın öz meydanında “Serkl Brügge”yə məğlub olacağına inanmıram. Baxmayaraq ki, “Serkl Brügge” son 2 turda qələbə qazanıb. Məncə, “Anderlext” uğurlu çıxışını davam etdirərək bu oyundan da 3 xalla ayrılacaq.
Fil Dişi Sahili – Misir – qol/qol
Misirin qrupdakı hər 3 oyununun 1:0-la bitməsinə aldanmayaq. 3 oyuna qapısında 3 qol görən Fil Dişi Sahili millisinə qol vurmaq Salah, El-Neni və ya Mostafa Mohammed üçün problem olmamalıdır. Eyni zamanda Droqbanın həmvətənləri də hazırki Millətlər Kubokunun ən məhsuldar 3 komandasından biridir. Afrikalı qapıçıların rəqibə sürpriz qol hədiyyələrini nəzərə alsaq, qol/qol variantına güvənmək olar.