Günün kuponu – 26.01.2022

Günün kuponu – 26.01.2022

Mali – Ekvatorial Qvineya – 2,5 alt

Qeyri-adi bir proqnoz deyil. Komandaların qrup mərhələsində keçirdiyi bütün oyunlar 2,5 alt bitib. Ekvatorial Qvineya yığmasının hər 3 oyununda 1:0 hesabı qeydə alınıb. Mali millisi də rəqibi kimi qrup mərhələsində qapısından cəmi 1 qol buraxıb. Fikrimcə, pley-off matçı olduğundan tərəflər 1/4 finala vəsiqə üçün daha da ehtiyatlı oynayacaq. Bu və digər amillər görüşün 2,5 altla yekunlaşacağına inamımı artırır.

“Anderlext” – “Serkl Brügge” – qol/qol

“Anderlext”in 2022-ci ildə keçirdiyi hər 2 oyunda 2,5 alt qeydə alınıb. Amma statistika hər oyun haqda belə düşünməyə əsas vermir. 23 oyuna 52 qol vuran komandadan bu tur hətta darmadağın da gözləmək olar. “Serkl Brügge” də “asan yem” deyil. 23 turda top balansının 33:29 olması komandanın qol vurub-buraxmağa “meylli” olmasından xəbər verir. Ona görə bu matçdan qol/qol gözləməyə dəyər.

“Eupen” – “Standard” – 2

Hər iki komanda ay yarımdır qələbə üzünə həsrətdir. “Standard” 2022-ci ildə keçirdiyi hər 2 oyunda Belçika futbolunun “nəhəngləri” ilə qarşılaşıb və hər iki oyun heç-heçə bitib (“Brügge” ilə 2:2, “Anderlext”lə 1:1). “Eupen” isə son 2 turda 1 xal qazanıb. Aralarındakı duellərdə adətən qalib gələn “Standard”ın səfərdə oynamasına baxmayaraq yenə meydandan 3 xalla ayrılacağını düşünürəm.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

3-cü dəfə yarımfinalda

Növbəti yazı

Sürpriz kupon – 26.01.2022