Sürpriz kupon – 25.10.2021
“Beşiktaş” – “Qalatasaray” – 2,5 alt
İstanbul derbisinə həmişə kimi maraq böyükdür. “Beşiktaş” son turda “Başakşəhər”ə uduzub (2:3), ardınca ÇL-də “Sportinq” ə 1:4. Azarkeşlərin ardıcıl 3-cü məğlubiyyəti, özü də əzəli rəqibinə bağışlamayacağını yaxşı bilirlər. “Qalatasaray” isə Avroliqa və Superliqada oynadığı son 5 matçın 4-nü udub, biri heç-heçə bitib. “Beşiktaş”ın superliqada son 6 matçı 2,5 üstlə bitsə də, məncə, bu dəfə əksinə olacaq. Sürpriz kupona tam uyğun bir matç: 2,5 alt.
“Atletiko Tukuman” – “Patronato” – 2
“Patronato” sonuncu “patronunu” nə zaman atıb, heç özü də xatırlamır. Komanda avqustun 15-dən bu yana oynadığı 12 matçın birini də qazanmayıb. Hər şeyin bir sonu olduğu kimi, bu uğursuz gedişatın da bir axırı olmalıdır. Riskə gedib, “o gün, bu gündür” deyirəm. Sürpriz axtarırıqsa, qoy, biri də elə bu oyun olsun.
“Palestino” – “La Serena” – Q/Q
Turnir cədvəlində qonşuların duelində meydan sahibi favorit göstərilsə də, fikrimcə, ötən tur öz meydanında “Kolo Kolo”ya 1:4 uduzan “La Serena” bu tur qələbə üçün əlindən gələni edəcək. Meydan sahibinin də qol vurmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, niyə Q/Q variantını seçdiyimin səbəbi aydınlaşar.
Sürpriz kupon
“Beşiktaş” – “Qalatasaray” – 2,5 alt – 2,05
“Atletiko Tukuman” – “Patronato” – 2 – 3,45
“Palestino” – “La Serena” – Q/Q – 1,74
Yekun əmsal: 12,30