Sürpriz kupon – 25.02.2022
“Velveyk” – “Tvente” – 2
Bu mövsüm qarşısına ciddi hədəflər qoyan “Tvente” son 2 oyunda qalib gələ bilməyib. “Velveyk” isə ardıcıl 2 məğlubiyyətdən sonra “Neymegen”lə bərabərə qaldı – 1:1. “Velveyk”i təhlükəli zonadan cəmi 4 xal ayırır. Düşünürəm ki, qonaqların bu qarşılaşmada qalib gəlmə şansı daha çoxdur.
“Legiya” – “Visla” – 1
Mahir Emrelinin sabiq komandası “Legiya” hələ də böhrandan çıxa bilməyib. 19 xal toplayan Varşava klubu 17-ci yeri tutur və elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir. “Visla” da son 3 oyunda qələbə qazana bilməyib. Birinci dövrədə “Visla” “Legiya”nı minimal hesabla məğlub etmişdi. Paytaxt klubu bu dəfə revanş ala bilər.
“Rakov” – “Visla Plosk” – 1
3-cü yeri tutan “Rakov” lider “Poqon”dan cəmi 4 xal geri qalır. “Rakov” qış fasiləsindən sonra 3 oyuna 7 xal toplayıb. Millimizin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Visla Plosk” son 2 oyunda uduzub. “Rakov” öz meydanındakı son iki matçda “Visla Plosk” üzərində qələbə qazanıb.