Günün kuponu – 25.02.2022
“Cenoa” – “İnter” – 2
Məşqçi dəyişikliyi müəyyən qədər “Cenoa”nın işinə yarayıb. Komanda artıq 4 oyundur ki, uduzmur. Amma o da var ki, “Cenoa” bu 4 matçda cəmi 4 xal yığıb və hələ də turnir cədvəlində 19-cu yeri tutur. “İnter” ÇL-i də nəzərə alsaq, 3 oyundur qələbə qazana bilmir. A seriyasının son turunda isə doğma divarlar arasında “Sassuolo” məğlubiyyəti ciddi problemlərin olduğunu göstərdi. Çempionluq şansının azalmaması üçün Simeone İnzaginin komandası mütləq qalib gəlməlidir.
“Trabzonspor” – “Kayserispor” – QOL/QOL
Türkiyədə artıq “Trabzonspor”un çempion olacağına heç kim şübhə eləmir. Abdullah Avcının komandası çempionatda ardıcıl 4 oyundur qələbə qazanır. “Kayserispor” isə Super Liqada 3 matçdır uduzmur. Üstəlik, Kayseri təmsilçisi kubokda “Fənərbaxça”nı da mübarizədən kənarlaşdırdı. Bu komandalar arasında son 2 görüşdə qol/qol qeydə alınıb. Bu dəfə də qarşılıqlı qollar ola bilər.
“Levante” – “Elçe” – QQL/QOL
“Levante” bu mövsüm olduqca zəif təsir bağışlayır. Valensiya şəhərini təmsil edən klub La Liqanı tərk etməyə əsas namizəd sayılır. Düzdür, “Levante” son iki oyunda 4 xal yığa bilib. Əvvəlcə Madriddə “Atletiko” üzərində sensasion qələbə, daha sonra “Selta” səfərində heç-heçə. “Elçe” “Sevilya”ya uduzduqdan sonra öz meydanında “Rayo Valekano”nu məğlub edə bildi. Məncə, bu oyunda hər iki komandanın fərqlənmək imkanları olacaq. Ona görə də qol/qola mərc etmək istəyirəm.