Sürpriz kupon – 24.11.2022

Sürpriz kupon – 24.11.2022

İsveçrə – Kamerun QOL/QOL

Mundiala hazırlıq çərçivəsində bütün yoldaşlıq görüşlərini uduzan Kamerun ilk turda İsveçrə ilə qarşılaşacaq. İndiyə qədər heç bir turnirdə rəqib olmayan yığmaların oyununda maraqlı mübarizənin şahidi olacağıq. Qrupdan çıxmaq istəyən hər iki komanda ilk turda qələbəyə oynayacaq. 

Uruqvay – Cənubi Koreya  ÜST2.5

Bu komandalar indiyə qədər 7 görüşdə üz-üzə gəlib. Altı matçda Uruqvay qələbə qazanıb. Yalnız son oyunda Uruqvay uğur qazanıb. Çox çətin qrupa düşən komandalar üçün hər tur çox önəmlidi. 

Portuqaliya – Qana QOL/QOL

“Mançester Yunayted” klubundan ayrılan Ronaldonun psixoloji durumunu düzəltmək üçün milli komandası qələbə qazanmalıdı. Kriştiano özü də bəzi adamlara formada olduğunu nümayiş etdirməyə çalışacaq. Komandalar yalnız bir dəfə qarşılaşıb. 2014-cü ildə dünya çempionatında oynanılan həmin matçda Portuqaliya 2-1 hesablı qələbə qazanıb. Həlledici qolu Ronaldo vurub.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 24.11.2022

Növbəti yazı

“Sakramento”dan 17 ilin rekordu