Sürpriz kupon – 24.11.2021
“Sportinq” – “Borussiya Dortmund” – 1
İlk dövrədə Dortmundda “Borussiya”ya uduzduqdan sonra “Sportinq” ÇL, Portuqaliya kuboku və ölkə çempionatında keçirdiyi 9 görüşün hamısını qazanıb. Növbəti qələbə portuqalların qrupdan çıxmasını təmin edəcək. “Borussiya”ya da 2-ci yer üçün bu matçı qazanmaq kifayətdir. Amma Dortmund klubunun heyətində ciddi itkilər olduğundan qələbəyə “Sportinq”i daha yaxın sayıram.
“Şerif” – “Real Madrid” – Q/Q
“Şerif” Madriddə qazandığı qələbə ilə hamını heyrətləndirib, “Real”ı isə qıcıqlandırıb. “Kral Klubu” moldovanları “cəzalandırmaq” həvəsi ilə “alışıb-yanır”. Amma “Şerif”in də öz meydanında qol vuracağına inanıram. Əmsal da cəlbedicidir. Ona görə qol-qol variantına üstünlük verirəm.
“Mançester Siti” – PSJ – 2,5 alt
Elə komandalar oynayır ki, bu matçla əlaqəli ağıla gələn ilk fikir qoldur. Amma turnir vəziyyəti komandaları hücum etmək, mütləq qələbə qazanmaq məcburiyyətində qoymur. Hərəyə 1 xal da tərəfləri qane edir. Sadəcə, 2,5 alt oyun x-la müqayisədə daha etibarlı olduğundan bu variantı seçirəm.
“Sportinq” – “Borussiya” – 1 – 2,75
“Şerif” – “Real” – qol/qol – 1,80
“Mançester Siti” – PSJ – 2,5 alt – 2,25
Yekun əmsal: 11,13