Sürpriz kupon – 24.06.2023

Sürpriz kupon – 24.06.2023

Portuqaliya (U-21) – Niderland (U-21) 1
Son qitə çempionatının finalçısı Portuqaliya açılış oyununda gözlənilməz məğlubiyyətlə üzləşdi. Amma hələ də heç nə itirilməyib. Bunun üçün mütləq qarşıdakı matçda qələbə qazanmaq lazımdır.
Heyətində top-klublarda oynayan futbolçuları olan Portuqaliyanın Niderlandı məğlub edə biləcək potensialı var.

İspaniya (U-21) – Xorvatiya (U-21) QOL/QOL
İspaniya ilk oyunda 3 qol vurdu. Xorvatiya isə Ukraynadan 2 top buraxdı. Xorvatlar riskə getməlidirlər.
Bu komandalar arasında 2021-ci ilin Avropa çempionatında keçirilən görüşdə əsas vaxt 1:1 hesabı ilə yekunlaşmışdı. Pireneylilər yalnız əlavə vaxtda vurulan qolla qalib gəlmişdilər.

“Atletiko Paranaense” – “Korintias” 1
İki oyundur qələbə qazana bilməyən “Atletiko” doğma meydanda pis gedişi dayandıra bilər.
“Korintias” rəqibindən cəmi 4 xal geri qalır.
“Atletiko Paranaense” son 8 matçda “Korintias”ı məğlub edə bilməyib. Nəhayət ki, bu tilsim də qırılmalıdır.
Meydan sahiblərinin heyətində “Mançester Siti”nin sabiq futbolçusu Fernandinyo zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə eks “Barsa”lı Paulinyo meydana çıxa bilməyəcək.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 24.06.2023

Növbəti yazı

Kluvert Premyer Liqa yolunda