Günün kuponu – 24.06.2023
Portuqaliya (U-21) – Niderland (U-21) QOL/QOL
Portuqaliya ilk oyunda gözlənilmədən meydan sahibi Gürcüstana məğlub oldu.
Niderland isə Belçika ilə qolsuz bərabərə qaldı. Hər iki komandaya qələbə lazımdır.
Amma Portuqaliyanın işi lap çətindir. Hər iki tərəfin hücum futbolu oynayıb, qol vurmağa çalışacağını güman edirəm.
Rumıniya (U-21) – Ukrayna (U-21) QOL/QOL
Ukrayna ötən mövsümü “Sabah”da keçirən Aleksey Kaşukun əla oyunu sayəsində Xorvatiyanı məğlub etdi. Həm qol vuran, həm də məhsuldar ötürmə verən Kaşuk matçın ən yaxşısı seçildi.
Rumıniya isə ilk görüşdə İspaniya qarşısında aciz qaldı – 0:3.
Ukrayna görüşün favoriti olsa da, onların ardıcıl iki qarşılaşmada eyni səviyyədə oynayacaqlarına şübhə edirəm.
Gürcüstan (U-21) – Belçika (U-21) ALT2,5
Gürcüstan açılış oyununda Portuqaliyanı məğlub etməklə ilk sensasiyaya imza atıb. Vaxtilə ölkəmizdə işləyən Revaz Svanadzenin komandasının bu uğurun davamını gətirəcəyinə o qədər də inanmıram.
Belçika son 2 oyunda qapısında qol görməyib.
Gürcülərin əsas üstünlüyü doğma meydanda, dolu tribunalar önündə oynamaq olacaq.
Lakin Belçikanın müdafiə xətti daha etibarlı görünür.