Mbappeyə 50 milyon avro

Mbappeyə 50 milyon avro

Kilian Mbappe PSJ ilə danışıqları davam etdirir. Yayda müqaviləsi başa çatacaq 23 yaşlı hücumçu yeni anlaşma ilə bağlı təklif üzərində düşünür.

Fransa klubu Mbappenin komandanı ən yüksək ödənişli futbolçu etməyə hazırdır. Parislilər ona ildə 50 milyon avro maaş təklif edib.

“Real”a azad agent kimi keçəcəyi gözlənilən Kilian PSJ-dən aldığı cəlbedici təklifi nəzərdən keçirməyə ehtiyac duyub. Tərəflər danışıqları gələn həftə Qətərin paytaxtı Dohada davam etdirəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.04.2022

Növbəti yazı

Ardıcıl 21-ci qələbə