Sürpriz kupon – 23.04.2022

Sürpriz kupon – 23.04.2022

“Lester” – “Aston Villa” – 2 [nowbetnow-dynamic dyn_code=1335]

“Lester”in nəzəri olaraq avrokuboklara vəsiqə verən ilk “yeddiliy”ə düşmək şansı qalır. Amma yalnız nəzəri olaraq. Təbii ki, hazırda “Lester” qabaqlayan rəqibləri də qarşıdakı 7 turda boş oturmayacaq. Bəlkə də kimsə “Lester”in bu matçda qalib gəlib avrozonaya yaxınlaşacağını düşünür. Məncə, son 4 turda ardıcıl məğlub olan “Aston Villa” bu oyunu udmaqla sürpriz edəcək. Zədəli Vardinin yoxluğu da “Lester”ə hücumda əlavə problem yaradacaq.

“Bavariya” – “Borussiya Dortmund” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1338]

Finala bərabər bu matç çempionluğun taleyini həll edə bilər. “Bavariya” favoritdir, qələbəni azı 2-3 top vuraraq qazanacaqlarını düşünürəm. “Borussiya”nın hər nə qədər heyətdə itkiləri olsa da, sonadək mübarizə aparacağını gözləyirəm. Belədə bol qollu oyun izləyə bilərik.

“Ayntraxt” – “Hoffenhaym” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1339]

Tərəflərin öz aralarındakı son 4 duel məhsuldar keçib, 2,5 üstlə bitib. “Hoffenhaym” avrozonaya düşmək şansını saxlayır, ona görə hücum etməli, qol vurmalıdır. “Ayntraxt” isə əsas gücünü Avroliqanın yarımfinalına saxlayır, onlar üçün bundesliqada bütün iddialar artıq əhəmiyyətini itirib. Frakfurtlular sadəcə, azarkeşlərinə baxımlı oyun hədiyyə etməyə çalışacaq. Belə matçlar isə adətən məhsuldar alınır.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 23.04.2022

Növbəti yazı

Mbappeyə 50 milyon avro