Sürpriz kupon – 23.02.2023
“Gent” – “Qarabağ” 2
Avropa meydanlarındakı qürurumuz “Qarabağ” Azərbaycan futbol tarixində növbəti ilkə imza atmağa heç vaxt olmadığı qədər yaxındı. Komandamızın bunu bacaracığına inanıram.
Meydan sahibləri Bakıdakı məğlubiyyətin əvəzini çıxmaq üçün hücum etməlidir. Bu isə belçikalıların onsuz da etibarlı olmayan müdafiəsində daha böyük boşluqlar yaradacaq. Avrokubokların təcrübəli döyüşçüsü “Qarabağ” belə şansları adətən qaçırmır.
“Anderlext” – “Ludoqorets” – Mərhələni keçəcək: “Anderlext”
İlk matçda səfərdə 0:1 hesabı ilə uduzan belçikalılar bu qarşılaşmanən favoritidi. Azarkeşləri önündə ikiqat qüvvə ilə oynayacaq meydan sahibləri ən azı 90 dəqiqədə 1 top fərqi ilə qalib gəlib oyunu əlavə vaxta aparmalı və cütün taleyini həll etməlidi. “Ludoqorets”in səfərdə o qədər də uğurlu nəticələr göstərmədiyini nəzərə alıb “Anderlext”in bu işin öhdəsindən gələcəyini düşünürəm.
“Bazel” – “Trabzonspor” – Mərhələni keçəcək: “Trabzonspor”
Türkiyə tarixinin ən ağır dövrlərindən birində “Trabzonspor” mərhələ keçmək üçün əlindən gələni edəcək. İlk matçdakı qələbəni və Qaradəniz təmsilçisinin potensialını nəzərə alıb bu məqsədə çatacaqlarını təxmin etmək olar.