Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 23.02.2023
“Gent” – “Qarabağ” QOL/QOL
“Qarabağ” ilk oyunda “Gent”ə öz qapısına 1 zərbə də vurmağa imkan vermədi. Amma belçikalılar bu dəfə doğma azarkeşlər önündə hücum etmək və qol vurmağa məcburdu. Buna görə də “Qarabağ”ın qol imkanları olacaq və hər iki komandanın ən azı bir dəfə fərqlənəcəyini düşünürəm.
“Mançester Yunayted” – “Barselona” QOL/QOL
Robert Levandovski avrokuboklardakı son 38 oyunda 45 qol vurub, ingilis komandaları ilə son 4 qarşılaşmada isə 9 dəfə fərqlənib.
“Mançester Yunayted” də əla formadadı və Premyer Liqada çempionluq iddiasındadı.
Bolqollu oyun olacağı ehtimalı yüksəldi.
“Nant” – “Yuventus” – Mərhələni keçəcək: “Yuventus”
Turində gözlənilmədən heç-heçə oynayan “Yuventus” bu qarşılaşmada mütləq qalib gəlməlidi. “Nant”a olan bütün hörmətimə rəğmən italyanların mərhələ keçəcəyinə əminəm. Qonaqların bunun üçün daha usta heyəti və hər cür şansları var.