Sürpriz kupon – 23.01.2022
“Qalatasaray” – “Trabzonspor” – qol/qol
Prinsipial rəqiblərin hazırda superliqada mövqeyi çox fərqlidir. Trabzonlular çempionluğa doğru gedir. Fatih Terimin istefasından sonra da məğlubiyyətləri sıralayan “Qalatasaray” isə artıq adına yaraşmayan mövqedə – autsayderlər qrupundadır. “Cim-Bom” son 5 matçının 4-də uduzub.
“Trabzonspor” isə son 5 oyunun heç birini uduzmayıb. Qaradənizlilər məhsuldarlığı ilə də seçilir. Amma hər nə qədər komandaların vəziyyəti fərqli olsa da, prinsipiallıq öz əhəmiyyətini saxlayır. Risk etmədən məncə, bu oyuna qol/qol variantı daha uyğun gələr.
“Leypsiq” – “Volfsburq” -1
Hər iki komandanın qələbə qazanmaq ehtimalı var. Favoriti məyyən etmək çətindir. Amma nisbətdə “Leypsiq” daha üstün görünür. Yeni ildə qələbələri sıralayırlar. Fikrimcə, “Volfsburq”un enişdə olmasından yararlanıb qələbə seriyasını davam etdirəcəklər.
“Spesiya” – “Sampdoriya” – 1
Seriya A-da özündən söz etdirən komandalardan biridə “Spesiya”dır. Son turlarda “Cenoa”nı 1:0, liderlər qrupunda yer alan “Milan”nı isə” San Siro”da son dəqiqə qolu ilə 2:1 məğlub etdilər. Təbii ki, növbəti oyuna yüksək əhval-ruhiyyədə çıxacaqlar.
Rəqib “Sampdoriya isə məşqçi əvəzləmələri ilə məşğuldur. Keyfiyətli oyun qurmaq istəyirlər. Bu yerdəyişmələr görək, “Spesiya” ilə oyuna necə təsir edəcək. Mənim proqnozum oyun 1.