Günün kuponu – 23.01.2022
“Arsenal” – “Börnli” – 1
“Arsenal” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Afrika Millətlər Kubokunda iştiraka görə 4 oyunçu bu qarşılaşmanı buraxacaq. Rəqibə gəlincə, “Börnli” axırıncı yerdə qərarlaşıb. Hamıdan az oyun keçirib (17). 17 turda cəmi bir qələbə qazanıb. Çempionatda ən zəif məhsuldarlıq da “Börnli”nin hesabındadır. Belə rəqibi məğlub etməmək “Arsenal” üçün bağışlanılmaz.
“Çelsi” – “Tottenhem” – 1
22 oyuna 43 xal toplayan “Çelsi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Liverpul”dan 2, Iider “Mançester Siti”dən isə 12 xal geri qalır. Son 3 turda qalib gələ bilmirlər.” Tottenhem”də isə Kontenin gəlişindən sonra irəliləyiş hiss olunur.
“Çelsi” və “Tottenhem”in öz aralarındakı son 5 görüşündə “zadəganlar” üstündür: 4 qələbə, 1 heç-heçə. Topların fərqi 9:2 “Çelsi”nin xeyrinə. “Tottenhem”in yaxşı formada olmasına baxmayaraq oyun 1 variantına daha çox inanıram.
“Mets” – “Nitsa” – 2
“Mets” sürətli oyun nümayiş etdirməkdə çətinlik çəkir, müdafiədə etibarlı oynamır. Ona görə 16-cı sırada qərarlaşması tam qanunauyğundur. “”Nitsa” komandası liderdən xeyli xal geri qalsa da, 2-ci yerdə iddiası qalır. Bütün göstəricilər qonaq komandanın xeyrinədir. Buna görə “Nitsa”nın qələbəsi üzərində dayanıram.