Sürpriz kupon – 22.06.2022
“VPS Vaasa” – “Honka” – 2,5 ALT
“VPS Vaasa” 10 oyunda 21 qol vursa da, bu görüşdən məhsuıdarlıq gözləmirəm. 10 turda cəmi 9 qol buraxan və liderlər qrupunda yer alan “Honka”nın müdafiəsini yarmaq asan deyil. Fikrimcə matçda maksimum 2 qol vurublar, ona görə 2,5 alt variantını mərc edirəm.
“El Şarqia Dokhan” – “Piramids” FC – 2,5 ÜST
Afrikanın əksər milli çempionatları kimi Misir liqasında da bol qollu oyunlara az rast gəlinir. Bu oyunda isə əksinə olacağını düşünürəm. Liderdən 2 xal geri qalan “Piramids” qələbə qazanmağa məhkumdur. Rəqibi isə son sıradan qurtulmağa çalışır. Belə bir duel üçün 2,5 üst variantı gözləniləndir.
“KuPS” – “Oulu” – 1
“KuPS” lider olsa da, son 2 turda bir məğlubiyyət, bir heç-heçə ilə hamını təəccübləndirib. Məncə, növbəti sürprizə yer yoxdur. Kupondakı əmsalı və son nəticədə uduş məbləğini artırmaq üçün əlavə etmək olar bu oyunu.