Günün kuponu – 22.06.2022
“Mariehamn” – “Helsinki” – 2
Finlandiya liqasının (veykkausliqa) daimi favoritlərindən olan “HİK Helsinki” 12 oyundan 26 xal toplamaqla lider “KuPS”la 1-2-ci yerləri bölüşdürür. Hərçənd bir neçə tur əvvəl “Helsinki” vahid lider idi. Amma çempionatda son 2 turda cəmi 1 xal qazanan komanda “hakimiyyətini” bölüşməli oldu. Növbəti xal itkisi, xüsusən də autsayder qarşısında yolverilməzdir. “Mariehamn” son 10 ildə “Helsinki”ni yalnız kubok oyunlarlnda 2 dəfə məğlub edib, çempionatda isə 2012-dən bu yana bir qələbə belə yoxdur. Fikrimcə,”Helsinki” favorit statusunu doğruldacaq. Ona görə seçimim oyun 2.
“Kavasaki” – “Tokio Verdi” – 2,5 ÜST
Yaponiya “İmperator Kuboku”nda 1/16 final matçı. Duelin taleyi bir oyunla həll olunduğundan komandalar bütün gücünü səfərbər edəcək.”Tokio Verdi” 2-ci liqa təmsilçisi olsa da, J liqanın klubu “Kavasaki”yə asan təslim olan deyil. Hətta sürpriz də edə bilər. Fikrimcə, 2,5 üst variantına güvənmək olar.
“Şapekoense”- CRB – 2,5 ALT
Braziliya B seriyasında hazırda qonşu sıralarda yer alan bu komandaların duelində daha çox heç-heçəyə inanıram. Amma hər ehtimal daha sığortalı 2,5 alt variantına üstünlük verirəm. 13 turda hər iki komanda cəmi 9 qol vurub, üstəlik “Şapekoense” cəmi 8 top buraxmaqla etibarlı müdafiəsi olduğunu göstərir.