Sürpriz kupon – 21.09.2021

Sürpriz kupon – 21.09.2021

“Yeni Malatyaspor” – “Sivasspor” – 2

5 oyundan sonra hələ ki çempionatda qələbə qazanmayan “Sivasspor” Malatya səfərində “qara zolaq”dan çıxa bilər. Rıza Çallmbayın komandası son turda “Qaziantep”lə görüşdə qələbəyə çox yaxın olsalar da, 90+2-ci dəqiqədə qapılarında qol gördülər – 1:1.

“Yeni Malatyaspor” öz meydanında elə də yaxşı təsir bağışlamır. Komanda doğma divarlar arasında 3 oyunun ikisində uduzub.

Bu dueldə  də risk edib “2” atmaq olar.

“Vaalvaik” – “Villem ll” – qol/qol

“Vaalvaik” cari çempionatda elə oyun olmayıb ki, qol vurmasın. Amma bununla belə komandanın müdafiə xəttində işlər qaydasında deyil. Komanda yalnız 1-ci turda “Alkmaar”la oyunda qapısının toxunulmazlığını saxlaya bilib.

5 turdan sonra 10 xal toplayan “Villem” 4-cü pillədə qərarlaşıb. Fred Qrimin komandası açılış turunda “Feyenoord”dan ağır zərbə (0:4) alsa da, özünə gələ bildi.

Məncə, bu oyunda qol/qol görə bilərik.

“Rizespor” – “Altay” – qol/qol

5 oyundan sonra hesabında cəmi 1 xal olan Rizə klubu aşkar turnir cədvəlində sonuncu yeri tutur. Komandada Yannik Bolasi, Loik Remi kimi futbolçular olsa da, onların hücum potensialından düzgün istifadə olunmur.

“Altay” “Fənərbaxça” istisna olmaqla digər rəqiblərinin hamısının qapısına yol tapa bilib. Super Liqanın debütanı olan İzmir klubu Türk futbolunun əfsanəlırindən 72 yaşlı Mustafa Denizli ilə yüksək liqada qalmağa çalışacaq.

Son dəfə bu komandalar 10 il əvvəl üz-üzə gəliblər və həmin görüş 2:2 hesabı ilə başa çatıb.

Məncə, biz bu dəfə də qol/qol görə biləcəyik.

“Yeni Malatyaspor” – “Sivasspor” – 2 (2,50)

“Vaalvaik” – “Villem ll” – qol/qol (1,62)

“Rizespor” – Altay” – qol/qol  (1,71)

Ümumi əmsal: 6,92

Elnur Məmmədlidən ən son “Sürpriz Kupon”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Ozobiçdən dubl, “Qarabağ”dan qələbə

Növbəti yazı

Günün kuponu – 21.09.2021