Günün kuponu – 21.09.2021
“Fiorentina” – “İnter” – 2
“Fiorentina” son 2 turu qələbə ilə başa vurub. “Atalanta” ilə matçda Vlahoviç dubl etmişdisə, “Cenoa” ilə görüşdə Saponara və veteran Boneventura ön plana çıxdı.
“İnter” isə son oyunda “Bolonya”nı darmadağın etdi – 6:1. Florensiya klubu öz meydanında keçirilən son 2 oyunda “İnter”ə məğlub olub.
Məncə, qarşısına çempionluq qoyan Milan klubu “Artemio Franki”dən qələbə ilə dönməlidir. Odur ki, bu matçın 2 ilə yekunlaşacağını güman edirəm.
“Atalanta” – “Sassuolo” – 1
Qasperinin komandası mövsümə elə də yaxşı başlamayıb. Berqamo klubu 4 oyuna cəmi 7 xal yığıb.
“Sassuolo” A seriyasında son 2 görüşdə məğlub olub.
Ümumiyyətlə, “Atalanta” öz meydanında “Sassuolo” ilə matçlarda elə də əziyyət çəkmir. “Atalata” doğma divarlar arasında son 2 qarşılaşmada “Sassuolo”nun qapısına 9 qol vurub. İnanmaq istərdim ki, “Atalanta” bizi yanıltmayacaq və oyun 1-lə başa çatacaq.
“Beşiktaş” – “Adana Dəmirspor” – 1
“Beşiktaş” hazırda heyətinə görə, Türkiyədə ən güclü klub sayıla bilər. “Qara qartallar” Çempionlar Liqasında “Borussiya Dortmund”a uduzsa da, bundan 3 gün sonra Super Liqada “Antalyaspor”u səfərdə üstələdi.
“Adana Dəmirspor” ötən tur çempionatda ilk qələbəsini qazandı. Nəhayət ki, Balotelli yeni komandasında qol hesabını açdı.
Amma “Adana Dəmirspor”un İstanbulda “Beşiktaş”a qarşı ciddi şansının olacağını düşünmürəm. Məncə, Sergen Yalçının komandasına rahat “1” atmaq olar.
“Fiorentina” – “İnter” – 2 (1.90)
“Atalanta” – “Sassuolo” – 1 (1,50)
“Beşiktaş” – “Adana Dəmirspor” – 1 (1,38)
Ümumi əmsal : 3.93