Sürpriz kupon – 21.06.2022
“İndependiyente” – “Estudiantes” QOL/QOL
‘Estudiantes” 3 oyundan sonra 7 xalla turnir cədvəlində 2-ci yeri tutur. “İndependiyente” isə 3 tura 4 xal yığıb. Son iki oyunda qalib gələn “Estudiantes”dən fərqli, “İndependiyente” ötən tur məğlub olub. Mövsümün əvvəlində hər cür sürprizlər yaşanır. Qol/qol variantı daha risksiz olar.
“Nyulls Old Boys” – “Argentinos Xuniors” ALT 2,5
Hər iki komanda son oyunlarını qələbə ilə başa vurublar. Bu komandalar arasında dueldə son 3 qarşılaşmada sevinən tərəf “Argentinos Xuniors” olub. Amma mövsümün əvvəlində favoriti müəyyənləşdirmək çox çətindir. Məncə, hər iki tərəf daha ehtiyatlı oynamağa çalışacaq.
“Sao Paulo” – “Palmeyras” 2
“Palmeyras” 12 oyundan sonra 25 xalla “Korintias”la birgə 1-2-ci yerləri bölüşür. Portuqaliyalı Abel Ferreyranın rəhbərlik etdiyi “Palmeyras” son 3 oyunda qalib gəlib. “Sao Paulo” isə ötən tur səfərdə minimal hesabla “Botafoqo”ya uduzub. Bu komandalar arasında son oyunda “Palmeyras” rəqibinin qapısından 4 cavabsız top keçirmişdi.