Ronaldonun avtomobili qəzaya uğradı

Ronaldonun avtomobili qəzaya uğradı

Kriştiano Ronaldonun avtomobili qəzaya uğrayıb. Portuqaliyalı ulduz ailəvi yay istirahəti üçün iki avtomobilini Mayorkaya göndərib.

Forvardın sahibi olduğu “Bugatti Veyron” Şərq sahillərindəki Sa Koma kurortunda qəza törədib. Bu avtomobilin qiyməti 1,7 milyon funt sterlinqdir.

Sükan arxasında Ronaldo deyil, onun əməkdaşlarından biri olub. Sürücü xəsarət almasa da, avtomobilin ön hissəsi əzilib.

Qeyd edək ki, Kriştiano sevgilisi Corcina və uşaqları ilə iyunun 14-də Mayorkaya yollanıb. Tramuntana dağının ətəyində istirahət üçün ev tutan ailə yaxtada istirahət edir. O, tətil üçün “Bugatti”dən başqa “Mercedes-Benz G-Class” da göndərib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 21.06.2022

Növbəti yazı

“Toluka” de Yonqdan şikayət edəcək