Sürpriz kupon – 21.05.2022

Sürpriz kupon – 21.05.2022

“Nant” – “Sent Etyen” – 2,5 ÜST

Fransanın ən titullu klublarından olan “Sent Etyen” Liqa-1-də qalmaq üçün ilk növbədə bu görüşdə qələbə qazanıb, 18-ci yeri “Mets”in əlindən almalıdlr. Daha sonra pley-off matçında Liqa-2 təmsilçisini üstələyib elitada yerini saxlamalıdır. Bir sözlə, onlar üçün “ölüm-dirim” xarakterli matçdır. “Nant” isə meydana sadəcə, mövsümü başa vurmaq üçün çıxacaq. 2,5 üst bu oyun üçün inandığım variantdır.

“Lill” – “Renn” – 2,5 ÜST

“Lill” ən yaxşı halda çempionatı 9-cu sırada başa vura bilər. “Renn” isə azı 1 xal qazanarsa, avrokuboklara vəsiqəni təmin edəcək. PSJ-dən sonra 37 oyuna 80 qolla çempionatın ən məhsuldar komandası olan “Renn”in mövsümə bol qollu bir oyunla vida edəcəyini düşünürəm.

“Fiorentina” – “Yuventus” – QOL/QOL

“Yuventus” 4-cü yeri və yeni mövsüm üçün ÇL-in qrup mərhələsinə birbaşa vəsiqəni təmin edib. “Fiorentina”ya isə avrokuboka vəsiqə üçün “Atalanta”nı qabaqlamaq lazımdır. Matçda qarşılıqlı qollar  vurulacağını düşünürəm.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 21.05.2022

Növbəti yazı

Beyl və Alaba finalda oynaya biləcək