Sürpriz kupon – 21.02.2024
“Porto” – “Arsenal” – 30-cu dəqiqəyə kimi qol – Xeyr
Həm “Porto”, həm də “Arsenal”ın yetərincə məhsuldar hücum xətti var. Amma Çempionlar Liqası, Portuqaliya Superliqası və ya İngiltərə Premyer Liqası deyil. Xüsusən də ilk oyun olduğu üçün tərəflərin ilk dəqiqələrdə ehtiyatlı olacağını düşünürəm. Elə oyundur ki, ilk qol vurulandan sonra daha 2-3 qol da görə bilərik. Bununla belə ilk yarım saatda hesabın açılacağını gözləmirəm.
“Napoli” – “Barselona” – 1-ci hissə – “Barselona”
“Napoli” ötən mövsümkü komanda deyil. A Seriyasındakı çıxışı bunu sübut edir. Çempionlar Liqasının qrupunda 2-ci yeri tutsalar da, “Real”a qarşı keçirdiyi hər 2 oyunda uduzaraq ümumilikdə qapılarından 7 top buraxdılar. Məncə, La Liqanın digər “nəhəng”i “Barselona” da əzəli rəqibi “Real” kimi “Napoli”yə qalib gələcək. Hətta riskə gedərək ispanların rəqib meydanında ilk yarını hesabda öndə bitirəcəyini düşünürəm.
“ƏlNassr” – “ƏI Feyha” – 3,5 ÜST
Asiya Çempionlar Liqasının 1/8 final mərhələsində “Səudiyyə derbisi”. İlk oyunda “Əl Nassr” əfsanəvi Kriştianu Ronaldonun vurduğu yeganə qolla qələbə qazanıb. Cavab oyununda “Əl Feyha”nın itiriləsi nəyisə qalmayıb, ona görə açıq futbol gedəcəyini təxmin edirəm. Bu səbəbdən 2,5 yox, məhz 3,5 Üst-ə mərc edirəm.